Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında işçi qruplar səviyyəsində üçtərəfli görüşün noyabrın ilk yarısında keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə söhbəti zamanı Oslo və Sankt-Peterburqda keçirilən görüşlərin nəticələrini, eləcə də diplomatik prosesin irəlilədilməsi üçün növbəti addımları müzakirə etdiklərini deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna görüşü istənilən gün, hətta sabah keçirməyə hazırdır. Lakin görüşün baş tutması Rusiya tərəfinin mövqeyindən asılıdır.
Ukrayna lideri xatırladıb ki, üçtərəfli danışıqların oktyabrda keçirilməsi də planlaşdırılmışdı.
Lakin onun iddiasına görə, Rusiya tərəfi görüşdən imtina etmək üçün növbəti bəhanə tapdığından danışıqlar baş tutmayıb.
Bizim.Media































































































