Fidan: “İrana hərbi müdaxilə problemi həll etməyəcək”

Hazırda oxunan: Fidan: “İrana hərbi müdaxilə problemi həll etməyəcək”

643905

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı yeni hərbi hücumun Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinə səbəb ola biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, İstanbulda R4+E3 formatında keçirilən xarici işlər nazirlərinin görüşündə iştirakçılar müharibənin dayandırılmasının və fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarı olduqlarını bildiriblər.

Fidan isə bildirib ki, İrana hərbi müdaxilə heç bir halda həll yolu deyil. Hazırda heç kim bunu dəstəkləmir.

Nazir, həmçinin Hörmüz boğazının mümkün qədər tez açılmasına və münaqişənin bazarlara mənfi təsirinin aradan qaldırılmasına çağırıb.

Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın iştirak etdiyi görüşdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün qədər tez əldə olunması və sülh sazişinin imzalanması məsələsi də dəstəklənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin