Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş gizir Çoban Razəddin oğlu Nurmətovdur. 36 yaşında həyatla vidalaşan Çoban 17 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsində də Baş gizir Çoban Nurmətov elə ilk gündən iştirak edərək mərdliklə döyüşüb.
Döyüş vaxtı neçə- neçə yaralını xilas edib. Cəbrayılda, Qubadlıda, Zəngilanda, Füzulidə gedən döyüşlərdə düşmənə qarşı şücaətlə vuruşan baş gizir "Kəşfiyyatın ürəyi" ləqəbi almışdı.
Şəhidin anası Raziyə Nurmətova deyir ki, oğlunu əslində onun ölümündən sonra daha yaxından tanıyıb. Çobanın illər ərzində etdiyi yaxşılıqlar, kömək etdiyi insanlar onun necə böyük ürəyə sahib olduğunu üzə çıxarıb. Naxçıvanda və Qusarda xidmət edən Çoban Nurmətov həm vətənpərvərliyi, həm də xeyirxahlığı ilə seçilib.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 23.10.2026
Şəhid olanda qızı doğulmamışdı – Çoban Nurmətovun yarımçıq qalan XƏYALLARI - VİDEO
Hazırda oxunan: Şəhid olanda qızı doğulmamışdı – Çoban Nurmətovun yarımçıq qalan XƏYALLARI - VİDEO
Hazırda oxunan: Şəhid olanda qızı doğulmamışdı – Çoban Nurmətovun yarımçıq qalan XƏYALLARI - VİDEO
643880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































