Avropa Parlamenti Aİ-ni Qara dənizdə hərbi-dəniz əməliyyatı keçirməyə ÇAĞIRDI

Hazırda oxunan: Avropa Parlamenti Aİ-ni Qara dənizdə hərbi-dəniz əməliyyatı keçirməyə ÇAĞIRDI

643923

Avropa Parlamenti Avropa İttifaqını (Aİ)  Qara dənizdə hərbi-dəniz əməliyyatı keçirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, müvafiq qətnaməni 432 avroparlamentari dəstəkləyib, 52 nəfər əleyhinə səs verib, 88 nəfər isə bitərəf qalıb.

Deputatlar hücumlar fonunda gəmiçilik azadlığı və dəniz təhlükəsizliyinin NATO-nun şərq cinahının, Qara dəniz regionunun və Dunay çayının deltasının təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Onlar həmçinin NATO-nun “Black Sea Sentry” layihəsi ətrafında müzakirələr əsasında Qara dəniz üçün ayrıca təşəbbüs yaratmaq imkanını nəzərdən keçirməyə çağırıblar.

Bundan başqa, parlament üzvləri Bolqarıstan, Rumıniya və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
 

Avropa Parlamentində Aİ ölkələrinə Rumıniya və Bolqarıstana Qara dənizdə gəmiçilik üçün təhlükə yaradan pilotsuz uçuş aparatlarının erkən aşkarlanması və izlənməsi sistemlərini təkmilləşdirməkdə kömək etmək çağırışı da edilib. Qətnamədə Rusiyanın, xüsusilə mülki gəmilərə hücumları ilə sistematik eskalasiyaya yol açdığı bildirilib.


Sənədə əsasən, Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin mümkün qədər tez yaradılması dəniz infrastrukturunun qorunmasına, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına və dəniz mühitinin mühafizəsinə töhfə verəcək.

Qətnamə, həmçinin sualtı rabitə kabellərinin, elektrik xətlərinin və rəqəmsal infrastruktur layihələrinin qorunması üçün dəniz müşahidəsinin, regional koordinasiyanın və operativ reaksiya mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin