Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, atəşkəs oktyabrın 29-da başlayacaq.
ABŞ-ın birinci xanımı Melaniya Tramp vasitəçi qismində çıxış edərək, həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə aparılan danışıqlarda iştirak edib. Bu müddət ərzində şəhərə humanitar yardımın çatdırılması və mülki şəxslərin təxliyə edilməsi nəzərdə tutulur.
Prosesi müstəqil bir Amerika media şirkəti müşayiət edəcək və izləyəcək.

Bizim.Media






























































































