Zelenski: “Müharibəni dondurmağa hazıram, əlavə güzəşt olmayacaq”

Hazırda oxunan: Zelenski: “Müharibəni dondurmağa hazıram, əlavə güzəşt olmayacaq”

643957

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mövcud cəbhə xətti boyunca dondurmağa hazır olduğunu, lakin Rusiyaya əlavə ərazilər güzəştə getməkdən imtina etdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri "ABC News" telekanalına müsahibəsində bu barədə danışıb.

Zelenski sülh sazişini "elə bu gün" imzalamağa hazır olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19%-dən çoxuna nəzarət edir. Kiyev hərbi əməliyyatların mövcud təmas xəttində dayandırılmasına razılıq verməyə hazırdır, lakin Moskvaya yeni torpaqların təhvil verilməsini qətiyyətlə rədd edir.

Müsahibə zamanı Zelenski Vaşinqtonun köməkliyinə də toxunaraq ABŞ tərəfindən göstərilən dəstəyin yetərsizliyindən gileylənib:

"Mən nə hiss edirəmsə, onu da deyirəm. Bu, dəstək deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin