Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhəri ərazisində atəşkəsin müddətini artıq razılaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-nin birinci xanımı Melaniya Trampın Aleşki ərazisində humanitar əməliyyatın təşkilinə verdiyi töhfəni yüksək qiymətləndirir:
“Melaniya Tramp humanitar missiyanın təşkilində əlaqələndirici rol oynayır”.
Peskov qeyd edib ki, əməliyyatın hazırlanmasında Rusiya Dövlət Dumasının deputatı Lana Lantratova və Ukrayna tərəfdən olan həmkarı da mühüm iş görüblər.
Bildirilib ki, humanitar əməliyyat çərçivəsində şəhəri tərk etmək istəyən hər kəsə belə bir imkan yaradılacaq.
Bizim.Media





























































































