İspaniya Daxili Təbabət Cəmiyyətinin həkimləri müəyyən qrup insanlara qəhvə qəbulundan tamamilə imtina etməyi tövsiyə ediblər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər xüsusilə qastrit diaqnozu qoyulmuş şəxsləri tərkibində kofein olan içkilərdən uzaq durmağa çağırıblar.
Həkimlərin sözlərinə görə, bu xəstəlik zamanı mədənin selikli qişasını zədələməyən və həzm prosesini yaxşılaşdıran balanslı pəhrizə riayət etmək vacibdir.
Bu səbəbdən rasiondan qəhvə ilə yanaşı, qırmızı və emal olunmuş ət, yüksək yağlı qidalar, hazır şirniyyatlar, şokolad, çay, acı yeməklər, qazlı içkilər və spirtli içkilər də çıxarılmalıdır.
“Sağlam qidalanmaq, stresdən uzaq durmaq və turşuluğu neytrallaşdıran və ya onun yaranmasının qarşısını alan qələvi tərkibli vasitələrlə müalicə olunmaq lazımdır”, - deyə həkimlər vurğulayıblar. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:28 / 24.10.2026
Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
Hazırda oxunan: Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
Hazırda oxunan: Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
643950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































