ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

Hazırda oxunan: ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

643949

Yaxın Şərq ölkələrində gərginliyin artması təhlükəsi səbəbindən ABŞ diplomatlarını səssizcə təxliyə edir.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanından zəruri olmayan əməkdaşların və onların ailə üzvlərinin çıxarılması barədə göstəriş verib, həmçinin Livan, BƏƏ, Qətər və İordaniyadakı səfirliklərində işçi heyətinin sayını azaldıb.
 

Nəşrin məlumatına görə, bu tədbirlər ilk növbədə İran və husilər tərəfindən hücum təhlükəsinin artması ilə əlaqəlidir. Məsələn, ABŞ kəşfiyyatı belə bir qənaətə gəlib ki, Tehran son vaxtlar amerikalı rəsmiləri və diplomatları hədəf alan hücumlara hazırlığı gücləndirib.


Eyni zamanda, ABŞ-ın diplomatik missiyalarındakı əməkdaşlar təxliyə prosesinin xaotik təşkil olunmasından və bununla bağlı xərclərin kim tərəfindən qarşılanacağı məsələsindəki qeyri-müəyyənlikdən şikayətlənirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin