Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

643948

“Bakı Metropoliteni” QSC-yə gediş haqqının dəyişdirilməsi ilə bağlı göstəriş verilməyib.

Bizim.Media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda gediş haqqının tənzimlənməsi “Bakı Metropoliteni”nin səlahiyyətinə daxil deyil:

“Tariflərlə bağlı qərarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən qəbul olunur. Buna görə gediş haqqının dəyişib-dəyişməyəcəyi barədə dəqiq məlumat verə bilmərik. Lakin bizə qiymətlərlə bağlı hər hansı göstəriş verilməyib”.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 2025-ci il oktyabrın 1-dən 60 qəpik müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin