Bakıda 50 yaşlı kişi səs-küyə yuxudan oyanıb qardaşını DÖYDÜ

Hazırda oxunan: Bakıda 50 yaşlı kişi səs-küyə yuxudan oyanıb qardaşını DÖYDÜ

636323

Bakıda kişi qardaşını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

50 yaşlı Fərid Nəsirov (şərti adla) yaşadıqları evdə qardaşı Samidin (şərti adla) üzünə yumruq zərbəsi vuraraq xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında Fərdi saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı Samid gələrək anasına dayısının vəfat xəbərini verib və pul istəyib. Bundan əsəbiləşərək, qardaşının boğazından sıxıb. O bildirib ki, Samid də həmçinin onu vurub.

Zərərçəkən Samid Nəsirov isə anasının təqaüdünü bibisi qızının aldığını deyərək, dayısının yas mərasiminə pul yazdırmaq üçün evə gəldiyini bildirib. Onun sözlərinə görə, anası yasa pul yazdırmaq üçün bibisi qızına xəbər verməyi tapşırıb. O, bibisi qızının cavabını anasına deməyə gələndə qardaşı Fərid yuxudan oyanıb və onu yatmağa qoymadıqlarını deyərək mübahisə edib.

Samidin sözlərinə görə, Fərid onu vuraraq, yerə yıxıb. Daha sonra təpiklər bir neçə zərbə vurub. Qonşular anasının səsinə gələrək, onları ayırıblar.

Samid Nəsirov qardaşı ilə barışmadığını deyərək, ona törətdiyi əmələ görə uyğun cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Fərid Nəsirov 1000 manat cərimə cəzasına məhkum edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin