Cüdoçularımız dünya çempionatını 2 medalla başa vurdu

Hazırda oxunan: Cüdoçularımız dünya çempionatını 2 medalla başa vurdu

632571

Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında çıxışını başa vurub.

Bizim.Media xəbər verir ki, fərdi yarışların son günündə yığmamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.

-81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli finala gedən yolda Kosta-Rika, Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçilərinə qalib gəlib. Cüdoçumuz həlledici görüşdə rusiyalı Daniyal Biybolatova məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl Fərid Rzazadə -50 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komandamız bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin