Çili Xarici İşlər Nazirliyindən Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini nəzərə alaraq avqustun 31-dən etibarən Tehrandakı səfirliyinin fəaliyyətini dayandıracağı açıqlanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən bildirilib ki, qərar diplomatların təhlükəsizliyini təmin etmək və mövcud resursları daha səmərəli bölüşdürmək məqsədilə qabaqlayıcı tədbir kimi qəbul edilib.
Çili XİN-dən bunun İranla diplomatik münasibətlərin kəsilməsi anlamına gəlinmədiyi vurğulanıb. Bundan sonra İranla bağlı konsulluq xidmətlərinin Türkiyənin paytaxtı Ankaradakı Çili nümayəndəliyi vasitəsilə göstəriləcəyi bildirilib. (ILNA)
Qeyd edək ki, Çili 2025-ci ildə də İsrail-İran qarşıdurması fonunda Tehrandakı diplomatik heyətini təxliyə edərək səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmışdı.
Bizim.Media







































































































