Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

Hazırda oxunan: Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

632588

Dünən Fars əyalətinin Bağ-e Səfa ərazisində sərnişin daşıyan mikroavtobusun dərin dərəyə yuvarlanması nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bizim.Media Azad İran teleqramına istinadən xəbər verir ki, İranın təcili yardım xidmətlərinin məlumatına görə, qəza 22 avqust saat 18:45 radələrində baş verib.
 

Yenilənmiş məlumata əsasən, ölənlərin 6-sı qadın, 1-i kişi olub. Yaralananlar arasında iki qız da var. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Amol şəhərindəki xəstəxanaya çatdırılıb.


İran Qızıl Aypara Cəmiyyətinin xilasediciləri ölənlərin və yaralıların dərədən çıxarılması üçün xüsusi texniki əməliyyat keçiriblər. Dərənin dərinliyi və havanın qaralması xilasetmə işlərini çətinləşdirib və əməliyyat bir neçə saat davam edib. (Fars News)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin