Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Hazırda oxunan: Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

632583

Həkimlər tərkibində gübrələrdən qaynaqlanan yüksək miqdarda kimyəvi maddələr olan qarpızların istehlakından çəkinməyi tövsiyə edirlər.

Bizim.Media Medicina.az-a istinadən xəbər verir ki, erkən yetişən qarpızlar Rusiyaya Türkiyə, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycan kimi isti ölkələrdən idxal olunur.

Bildirilir ki, bu məhsulların daşınmaya davamlılığını təmin etmək məqsədilə müxtəlif kimyəvi maddələrlə işlənə bilər.

Məlumata görə, belə qarpızların tərkibində nitrat və pestisidlərin izləri ola bilər. Erkən yetişən qarpızların tərkibindəki nitratların mədə-bağırsaq sisteminə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Bildirilib ki, gübrələrin tərkibində olan nitratlar orqanizmə daxil olduqdan sonra bağırsaq mikroflorasına və mədə selikli qişasına zərər verə bilər.

Qarpızın kimyəvi tərkibində nitrat və digər maddələrin miqdarını dəqiq müəyyənləşdirmək üçün laboratoriya müayinəsi tələb olunur. Ev şəraitində məhsuldakı kimyəvi maddələrin miqdarını etibarlı şəkildə müəyyən etmək mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin