Azərbaycan və Özbəkistan media nümayəndələri arasında Daşkənddə maraqlı dialoq yaşanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanlı jurnalistin Özbəkistanlı həmkarına “Azərbaycan adına nə demək istərdiniz?” sualına cavabında “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” – deyə Özbəkistanlı jurnalist vurğulayıb.
O bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında əlaqələr yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır.
Bizim.Media




































































































