Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı

Hazırda oxunan: Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı

632607

İki gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan Xalq artisti Şükufə Yusupovanın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.

Qeyd olunub ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, avqustu 21-i "İçərişəhər" metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.

Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin