7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Hazırda oxunan: 7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

632574

Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb.

Bizim.Media Ölkə.az-a istinadla xəbər verir ki, uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona "burada gözlə" deyərək yoluna davam edib.
 

Uşağı aşkarlayan dağ daxmasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər. Oğlanın atası uşağı tərk etdiyi yerdən təxminən üç saatlıq piyada məsafədə müəyyən edilib. Kişi oğlunun yanına qayıdaraq baş verənlərə görə üzr istəyib.


Qeyd edək ki, Fuci Yaponiyanın ən yüksək dağıdır. Dağın hündürlüyü 3 776 metrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin