Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

Hazırda oxunan: Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

632575

Yeni araşdırmada adi mayadan hazırlanan qida əlavəsinin immun sisteminin xərçəng hüceyrələri ilə mübarizə qabiliyyətini gücləndirə biləcəyi müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqat siçanlar üzərində aparılıb. Alimlər maya tərkibindəki beta-qlükan maddəsinin sümük iliyindəki ilkin immun hüceyrələrinin fəaliyyətini dəyişdirdiyini və nəticədə immun sisteminin daha güclü reaksiya verdiyini müşahidə ediblər.

Tədqiqat hələ insanlar üzərində aparılmayıb. Buna görə də alimlər nəticələrin gələcəkdə klinik sınaqlarda təsdiqlənməli olduğunu bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin