Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

Hazırda oxunan: Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

632587

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi Daşkənddə hazırlıq işləri davam edir.

Bizim.Media xəbər verir ki, şəhərin müxtəlif ərazilərində dövlət başçısının Özbəkistana dövlət səfəri münasibətilə qarşılanma bannerləri yerləşdirilib.

Bannerlərdən biri paytaxtın hava limanında quraşdırılıb.

Banner üzərində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın fotoları, həmçinin "Hörmətli cənab İlham Əliyevi, Azərbaycan Respublikasının Prezidentini Özbəkistan torpağında böyük məmnuniyyətlə salamlayırıq!" sözləri yer alıb.

Görüntülər Özbəkistanın Azərbaycan Prezidentinin dövlət səfərinə verdiyi yüksək önəmi nümayiş etdirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23-24-də baş tutacaq. Səfər çərçivəsində iki ölkə prezidentinin görüşü və danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin