Avropa İttifaqı yaxın aylarda Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın Die Welt qəzetinə açıqlamasında bildirib.
Kallasın sözlərinə görə, indiyədək tətbiq olunan bütün sanksiya paketləri Rusiyanın “hərbi maşını”nı 1 trilyon avrodan çox vəsaitdən məhrum edib. O, payız aylarına qədər müharibənin başlanmasından bəri ən böyük yeni sanksiya siyahısının hazırlanacağını açıqlayıb.
“Bu tədbirlər qəbul edildikdən sonra sanksiya tətbiq olunan Rusiya subyektlərinin ümumi sayı üçdə bir artacaq.
Moskva müharibəni dayandırana qədər təzyiq artmaqda davam etməlidir”, – deyə Kallas vurğulayıb.
O, yeni sanksiya paketinin dəqiq qəbul tarixi və digər detalları barədə məlumat verməyib.
Bizim.Media




































































































