Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

Hazırda oxunan: Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

631552

“Göründüyü kimi, bir tərəfdən Zəngəzur dəhlizinin açılması istiqamətində aktiv iş aparılır, digər tərəfdən isə Naxçıvanın sənaye parkının tam fəaliyyətə başlaması üçün konkret addımlar atılır. Bu, heç də təsadüfi deyil. Bu addımlar regionun gələcəyi ilə bağlı dəqiq düşünülmüş və hesablanmış strategiyanın tərkib hissəsidir”.

Bizim.Media xəbər verir ki, bunu AzTV-də yayımlanan “Həftə” analitik informasiya verilişinin müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.
 
O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlamasının eyni dövrə təsadüf etməsi muxtar respublikanın iqtisadi və geosiyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər:

“Belə bir şəraitdə Naxçıvan dünyaya daha geniş şəkildə açılacaq, bölgənin siyasi, iqtisadi və sosial həyatında yeni mərhələ başlayacaq. Prezident İlham Əliyevin atdığı addımlar və budəfəki səfərin əsas məqsədi də məhz belə bir gələcəyin mühüm bazasını formalaşdırmağa hesablanıb”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvanın gələcəyi ilə bağlı hədəfləri diqqətə çatdırması muxtar respublikanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıracaq yeni addımların qarşıda olduğuna dair mühüm mesajdır.

O vurğulayıb ki, həyata keçirilən tədbirlərin ümumi mənzərəsi Naxçıvanın uzun illər “blokada” anlayışı ilə əlaqələndirilən imicinin dəyişdirilməsinə hesablanıb:

“Naxçıvan artıq blokadada qalan region kimi deyil, əlverişli logistik imkanlara, güclü sənaye potensialına və artan enerji ixracı imkanlarına malik bir bölgə kimi regional və qlobal arenada tanınacaq. Hədəf məhz budur”.
 

Rövşən Məmmədov bildirib ki, əsas istiqamətlərdən biri də Naxçıvanın yalnız gələcək potensialının deyil, hazırkı imkanlarının da dünyaya tanıdılmasıdır. Bu baxımdan, regionun zəngin tarixi-mədəni irsinin qorunması, tarixi abidələrin bərpası və konservasiyası xüsusi əhəmiyyət daşıyır.


O qeyd edib ki, qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan zəngin memarlıq irsinə malikdir. Möminə Xatun türbəsinin bərpası ilə bağlı görülən işlərin Prezident İlham Əliyevə təqdim olunması, görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş abidə ilə tanışlıq, eləcə də digər tarixi-mədəni obyektlərin konservasiyası və yenidən qurulması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər sırasındadır.

Onun sözlərinə görə, bütün bu addımlar Naxçıvanın həm iqtisadi və logistika imkanlarının, həm də zəngin tarixi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına və muxtar respublikanın yeni inkişaf mərhələsinə hazırlanmasına xidmət edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin