“Hər şey yaxşıdır” deyən insanlar əslində stressə qarşı daha dözümlü olmurlar

Hazırda oxunan: “Hər şey yaxşıdır” deyən insanlar əslində stressə qarşı daha dözümlü olmurlar

631413

Psixoloqlar bildirirlər ki, yaşadığı çətinlikləri daim kiçildən və “hər şey yaxşıdır” deyən insanlar stressə qarşı daha dözümlü olmurlar.

Bizim.Media xəbər verir ki, bu davranış insanın böyüdüyü emosional mühitlə bağlı ola bilər.
 

Mütəxəssislərə görə, uşaqlıqda hissləri və problemləri daim kiçildilən insanlar böyüdükdə emosiyalarını boğmağa və yaşadıqlarını başqaları ilə müqayisə edərək əhəmiyyətsiz göstərməyə meyllənirlər.


Belə insanlarda öz hisslərini ifadə etməkdə çətinlik, aşağı özünəinam və sosial dəstəyin az olması müşahidə oluna bilər. Psixoloqlar problemləri kiçiltmək əvəzinə hissləri dəqiq ifadə etməyi, özünü başqaları ilə müqayisə etməməyi və yaşananları etibar edilən insanla açıq şəkildə bölüşməyi tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin