Astronomlar ən uzaq “qara dəlik-ulduz” aşkar ediblər

Hazırda oxunan: Astronomlar ən uzaq “qara dəlik-ulduz” aşkar ediblər

631400

Astronomlar Böyük Partlayışdan 660 milyon ildən az müddət sonra mövcud olmuş ən uzaq “qara dəlik-ulduz” obyektini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, MoM-BH*-1 adlandırılan obyekt “Ceyms Uebb” teleskopunun müşahidə etdiyi sirli “kiçik qırmızı nöqtələrin” təbiətini anlamağa kömək edə bilər.

Alimlərin fikrincə, bu obyekt böyüməkdə olan qara dəliyin ətrafındakı sıx qaz buludundan ibarətdir və hələ formalaşmış qalaktikanın tərkibinə daxil deyil. Tədqiqatın nəticələri erkən Kainatda superkütləli qara dəliklərin necə sürətlə böyüdüyünə dair mühüm ipucları verir.

Araşdırma Nature jurnalında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin