Marsda günəşin batması Yer kürəsindən fərqli olaraq mavi çalarlarla müşayiət olunur.
Bizim.Media xəbər verir ki, bunun əsas səbəbi planetin atmosferindəki xırda toz hissəcikləridir.
Gün ərzində dəmir oksidləri ilə zəngin bu toz Marsa qırmızımtıl rəng verir. Lakin günəş üfüqə yaxınlaşdıqda toz hissəcikləri işığı fərqli şəkildə səpələyir və mavi işıq Günəşin ətrafında daha güclü görünür.
NASA-nın Viking-1 aparatından başlayaraq müxtəlif Mars missiyaları bu qeyri-adi mənzərəni lentə alıb. Alimlər bildirirlər ki, Marsdakı günəş batımları atmosferdəki tozun miqdarını və hərəkətini öyrənmək üçün də mühüm məlumat verir.
Bizim.Media































































































