Cənubi Afrikada 1830-cu ildə iki alman missioner tərəfindən əsası qoyulan Vuppertal şəhəri ənənəvi “Veldskoen” dəri ayaqqabılarının istehsalı ilə məşhurlaşıb.
Bizim.Media xəbər verir ki, şəhər Teobald fon Vurmb və İohan Qotlib Leypoldt tərəfindən Reyn missiyasının məntəqəsi kimi yaradılıb.
Leypoldt 1834-cü ildə burada ayaqqabı fabriki açıb. Əllə hazırlanan yumşaq dəri “Veldskoen” çəkmələri Cənubi Afrikada rahatlığı və davamlılığı ilə tanınıb.
Şəhərdə vaxtilə dəri emalatxanası və əlcək fabriki də fəaliyyət göstərib. “Veldskoen” istehsalı bu gün də Vuppertalda davam edir, lakin əvvəlki ilə müqayisədə daha kiçik miqyasdadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:15 / 16.08.2026
Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub
Hazırda oxunan: Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub
Hazırda oxunan: Cənubi Afrikada məşhur ayaqqabının vətəninə çevrilən ŞƏHƏRİN əsasını onlar qoyub
631419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































