Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif etdi

Hazırda oxunan: Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif etdi

631403

Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq üçün danışıqlara başlamağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
 

“Gəlin bir-birimizi təhdid etmək niyyətlərimizi kənara qoyaq və maraqlı tərəflər olaraq uzun sürən müharibəyə son qoymaq barədə birbaşa müzakirələrə başlayaq... Mən düşmənçilik və qarşıdurma enerjisini dinc yanaşı yaşama və ortaq rifah üçün təkanverici qüvvəyə çevirəcəyəm", - deyə Prezident bildirib.


Li Çje Myon əlavə edib ki, Pxenyanın nüvə proqramını dondurmaq üçün addımları müzakirə etmək istəyir. O, həmçinin "qeyri-sabit atəşkəs sistemi"ni yarımadada tam sülhlə əvəz etmək niyyətində olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin