Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Hazırda oxunan: Kolumbiyada fövqəladə vəziyyət elan edildi

630407

Kolumbiya hökuməti 7.4 maqnitudalı dağıdıcı zəlzələ ilə əlaqədar ölkə miqyasında fövqəladə vəziyyət elan edib.

Bizim.Media  TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı ölkə Prezidenti Abelardo de la Esprielya verib.

Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli İdarədən bildirilib ki, qərar dövlət başçısı və Nazirlər Kabinetinin iştirakı ilə keçirilən fövqəladə hökumət iclasının nəticələrinə əsasən yekdilliklə qəbul edilib.

Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb.

Son hökumət məlumatlarına görə, güclü yeraltı təkanlar nəticəsində azı 80 nəfər ölüb. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insanın xəsarət aldığı və itkin düşdüyü bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin