İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

Hazırda oxunan: İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

630392

İsveç Dövlət Təhlükəsizlik Xidməti (SAPO) ölkədə siyasi qərarların qəbuluna təsir göstərməyə, həmçinin İsveçin və onun Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinin nüfuzdan salınmasına çalışan Rusiya casus şəbəkəsinin fəaliyyətinin qarşısının alındığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, SAPO-nun rəsmi bəyanatında əməliyyatın Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən planlaşdırıldığı və koordinasiya edildiyi bildirilib.

Əməliyyatda diplomatik toxunulmazlıqdan istifadə edən üç nəfərin iştirak etdiyi qeyd olunub.

SAPO nümayəndəsinin sözlərinə görə, İsveç xüsusi xidməti şəbəkə üzvlərinin görüşlərini izləməyə, onların söhbətlərinin məzmununu və aldıqları tapşırıqları qeydə almağa nail olub.

Əməliyyatda iştirak edən şəxslərin hamısı artıq İsveç ərazisində deyil. SAPO casus şəbəkəsinin tamamilə zərərsizləşdirildiyini bildirib.

Xüsusi xidmət əməliyyatın detalları və görülən tədbirlər barədə əlavə açıqlama verməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin