Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

Hazırda oxunan: Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

630391

Rusiyanın Ali Məhkəməsi “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdə iştirakını ləğv edib.

Bizim.Media xəbər verir ki, Rusiya təbliğat mediasının məlumatına görə, məhkəmə partiyanın irəli sürdüyü namizədlərin federal siyahısının qeydiyyatının ləğvi barədə iddianı təmin edib.

Beləliklə, artıq qeydiyyatdan keçmiş “Yabloko”nun seçki siyahısı sentyabrın 18-20-də keçiriləcək Dövlət Dumasına seçkilərdə iştirakdan kənarlaşdırılıb.

İddia ilə “Rodina” partiyası çıxış edib. “Ostorojno, Moskva” kanalının yazdığına görə, “Rodina” “Yabloko”nu təşviqat materiallarında müəllif hüquqlarını pozmaqda ittiham edib.

Məhkəmə iclası zamanı prokuror da iddianı dəstəkləyib. O, iddianın əsasları sırasında “Yabloko”nun xarici maliyyələşmə əldə etməsini və ekstremizmə qarşı mübarizə qanunvericiliyinin pozulmasını göstərib.

“Yabloko”nun təsisçisi Qriqori Yavlinski isə partiyanın seçkilərdən kənarlaşdırılmasını şərh edərək bildirib ki, buna səbəb partiyanın insanları “sülhə, azadlığa və qorxusuz həyata” səs verməyə çağırması olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin