Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəis müavini Vadim Skibitskinin sözlərinə görə, Rusiya apreldən etibarən “Kinjal” hipersəs raketlərinin istehsalını dayandırıb.
Bizim.Media xəbər verir ki Skibitski “RBK-Ukrayna”ya müsahibəsində bildirib ki, Rusiya daha effektiv hesab etdiyi digər raketlərin istehsalını artırmaq üçün “Kinjal”ların buraxılışını dayandırıb.
Nəticədə raket yanacağı artıq “Kinjal”lar üçün deyil, digər ballistik raketlərin istehsalında istifadə olunur.
QUR-un məlumatına görə, rusiyalılar “Kinjal” raketlərini dəqiqlik problemlərinə görə yenidən təkmilləşdirməyə göndəriblər.
“Bu raketin hədəfə dəqiq dəydiyi hadisəni xatırlamaq çətindir. Effektiv raket üçün hədəfdən yayınma 5-7 metrdən çox olmamalıdır. Onlarda isə bu göstərici 30 metr və daha çoxdur”, — Skibitski bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:21 / 10.08.2026
Rusiya aprel ayından “Kinjal” raketlərinin istehsalını dayandırıb - SƏBƏB
Hazırda oxunan: Rusiya aprel ayından “Kinjal” raketlərinin istehsalını dayandırıb - SƏBƏB
Hazırda oxunan: Rusiya aprel ayından “Kinjal” raketlərinin istehsalını dayandırıb - SƏBƏB
630364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































