Ukrayna Silahlı Qüvvələri Putinin “sarayının” yerləşdiyi Gelencik ərazisində Rusiya ordusunun hava hücumundan müdafiə vasitələrini ardıcıl şəkildə məhv edir.
Bizim.Media “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, son günlər bölgədə bir neçə mühüm hərbi obyekt vurulub.
Avqustun 7-də obyektin yaxınlığında “Volna Kupol Garant” radioelektron mübarizə sistemi məhv edilib, iki gün sonra isə onun yaxınlığında yerləşən S-400 zenit-raket kompleksi vurulub.
2156 nömrəli hərbi hissənin ərazisində yerləşdirilən radioelektron mübarizə sisteminin məhv edilməsi peyk görüntüləri ilə təsdiqlənib. “Volna Kupol Garant” Starlink peyk rabitəsinin fəaliyyətini boğmaq üçün istifadə olunur və təxminən 20 kvadratkilometr ərazinin qorunmasını təmin edir.
Rusiya radioelektron mübarizə sisteminin sıradan çıxarılmasından sonra Ukrayna dronlarının ondan təxminən 500 metr məsafədə yerləşən S-400 kompleksinə zərbə endirməsi mümkün olub.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, avqustun 9-na keçən gecə Ukrayna qüvvələri eyni anda altı raket buraxan S-400 kompleksini vurub. Kompleksdə baş verən yanğın üç saat davam edib.
Putinin “sarayı” Qara dəniz sahilində, Gelencikdən təxminən 20 kilometr məsafədə yerləşir.
Sahəsi 17,7 min kvadratmetr olan kompleks Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnının apardığı araşdırmadan sonra geniş ictimaiyyətə məlum olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:08 / 10.08.2026
Ukrayna Putinin iqamətgahının yaxınlığına zərbə endirdi
Hazırda oxunan: Ukrayna Putinin iqamətgahının yaxınlığına zərbə endirdi
Hazırda oxunan: Ukrayna Putinin iqamətgahının yaxınlığına zərbə endirdi
630361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































