Deputat 12 yaşlı məktəblini öz həyətində basdırıb

Hazırda oxunan: Deputat 12 yaşlı məktəblini öz həyətində basdırıb

630351

Krımda 12 yaşlı qız avqustun 7-də velosiped sürmək üçün evdən çıxıb və geri qayıtmayıb. Valideynləri təşvişə düşərək polisə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, SHOT-un məlumatına görə, uşağın meyiti Çaykino kəndində 64 yaşlı deputat Valentin B.-nin evinin həyətində tapılıb.

Kişinin iddiasına görə, həmin gün günorta saatlarında məktəbli onun yanına gələrək qaz balonunu istəyib. Daha sonra qız balonun qazını udmağa başlayıb və huşunu itirib.

 

Valentin B. bildirib ki, məktəblini evinə aparıb və özünə gətirməyə çalışıb. Lakin qızın nəfəs almadığını görüb. Bundan sonra kişi meyiti evdən çıxarıb, həyətdə çala qazaraq uşağın cəsədini orada basdırıb.

 

Məhkəmə-tibbi ekspertizanın ilkin məlumatına görə, qızın ölüm səbəbi asfiksiya olub. Meyitdə zorakılıqla ölüm əlamətləri aşkar edilməyib.

Valentin B. barəsində ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi açılıb və o, saxlanılıb.

Məlumata görə, 64 yaşlı kişi əvvəllər məhkum olunmayıb və Çaykino Mədəniyyət Evinin direktoru işləyir. Deputat həlak olan qızın ailəsinin yaşadığı ərazidən çox uzaqda yaşamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin