1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

Hazırda oxunan: 1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

630316

Yaponiyanın Okinava adasından sonra "Delfin" tayfunu Çinin şərqindəki Çjeçzyan əyalətinin sahillərinə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 

Tayfun Çinin Çjeçzyan əyalətində yerləşən Yuxuan şəhəri ərazisində sahilə çatıb. Təbii fəlakətin mərkəzində küləyin sürəti saniyədə 42 metrə (saatda təxminən 151 km) çatıb. Analoji təhlükə ilə əlaqədar 1 milyondan çox insan təxliyə edilib, Şanxayda isə 1500-ə yaxın aviareys təxirə salınıb. Səlahiyyətli qurumlar daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.


Əlverişsiz hava şəraiti fonunda mağazalar və müəssisələr fəaliyyətini dayandırıb, 9 avtomobil zavodu bağlanıb. Təxminən 240 nəfər müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib.

Qeyd edək ki, iyulun sonunda Çinin cənubuna "Noul" tayfunu da zərbə vurmuşdu. Həmin vaxt təhlükəli bölgələrdən 715 mindən çox insan təxliyə edilmiş, Honkonqda güclü külək binaların dam örtüklərini və fasadlarını qoparmış, yüzlərlə aviareys təxirə salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin