Bir ildə 100-dən çox kənd yer üzündən silindi – FOTO

Hazırda oxunan: Bir ildə 100-dən çox kənd yer üzündən silindi – FOTO

630311

Rusiyada 100-dən çox boş qalmış yaşayış məntəqəsi rəsmən ləğv edilib. 

Bizim.Media Rusiyanın "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, "ruh kəndlər" ölkənin 10-dan çox regionunda aşkar edilib.
 
Həmin kənd və qəsəbələrdə sakinlərinin sayı 0 ilə 64 nəfər arasında dəyişib.
 
İlin yekunlarına görə artıq ikinci dəfədir ki, Kostroma vilayəti liderliyə namizəddir. Burada artıq 21 yaşayış məntəqəsi xəritədən "silinib" (2025-ci ildə bu regionda 144 qəsəbə ləğv edilmişdi).
 

İkinci yerdə Novqorod vilayəti qərarlaşıb — orada ləğv edilmə ilə bağlı 3 qrup qərarı qəbul olunub. Oxşar addımlar Ryazan, Vladimir, Nijni Novqorod, Novosibirsk və Kemerovo vilayətlərində, Perm diyarında, Kareliya və Tatarıstanda da atılıb.


 Məlumata görə, 3–4 nəfər sakini qalmış bəzi tərk edilmiş kəndlər digər məntəqələrə birləşdirilib. Əhalisi 0 nəfər olan yaşayış məntəqələri isə sadəcə olaraq ləğv olunub.
 
Məsələn, Sverdlovsk vilayətində yüzillik tarixə malik qədim Kakvinskiye Peçi qəsəbəsi həmişəlik yox olub. Vaxtilə burada yerli zavod üçün odun kömürü hasil edən kömürçülər yaşayırdı.

Lakin yolun tez-tez su altında qalması səbəbindən sakinlər təcrid olunub, tədricən hamı köçürülüb və evlər sökülüb.

Amur vilayətində isə "ölü" Sluçaynoye kəndi rəsmən ləğv edilib. Sovet dövründə burada kənd təsərrüfatı inkişaf etsə də, sonuncu sakin 2026-cı ildə kəndi tərk edib.
 















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin