Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

Hazırda oxunan: Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

630276

Dünyanın hazırda ən yaşlı fəaliyyətdə olan dövlət başçısı — Kamerun prezidenti Pol Biya artıq iki aydır ki, ölkə xaricindədir.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu vəziyyət onun səhhəti ilə bağlı ciddi suallar və narahatlıqlar doğurub.

"Qısamüddətli səfər" uzandı

1982-ci ildən bəri Kameruna rəhbərlik edən 93 yaşlı Pol Biya iyunun 7-də ölkəni tərk edib. Həmin vaxt prezident administrasiyasından verilən açıqlamada dövlət başçısının Avropaya "qısamüddətli şəxsi səfərə" getdiyi bildirilmişdi. Lakin bu səfər gözləniləndən çox uzanaraq Biyanın xaricdəki ən uzunmüddətli qalmalarından birinə çevrilib.
 

Nəşrin yazdığına görə, Pol Biyanın səhhəti artıq uzun illərdir ki, müxtəlif ehtimallar və müzakirə mövzusudur. Prezident vaxtının böyük hissəsini müntəzəm olaraq Avropada, xüsusən də Fransa və İsveçrədə keçirir.


Prezidentin ölkədə olmadığı müddətdə Kamerunda idarəetmə funksiyalarının bir hissəsini faktiki olaraq onun hakim partiyasının nümayəndələri və ailə üzvləri yerinə yetirirlər. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin