“Məkkə razılaşması region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir. Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında bildirib.
Bəqai deyib ki, ümumi baxımdan bu hadisə region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir.
“Onlar başa düşüblər ki, təhlükəsizlik satın alına bilən bir əmtəə deyil. İranın siyasəti region ölkələrini xarici aktorlara arxalanmadan əməkdaşlığa və daxili təhlükəsizliyin gücləndirilməsinə dəvət etmək olub. Bu dəyişikliyə diqqət yetirmək lazımdır”, – deyə o bildirib.
İran XİN sözçüsü əlavə edib ki, Tehran bu razılaşma barədə müəyyən qədər məlumatlı olub:
“Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur”.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi"ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
Bizim.Media


































































































