Vaxtilə populyar olan sosial şəbəkə yenidən işə salına bilər

Hazırda oxunan: Vaxtilə populyar olan sosial şəbəkə yenidən işə salına bilər

630243

"MySpace" sosial şəbəkəsinin sahibi olan amerikalı sahibkarlar Tim və Kris Vanderhuk qardaşları platformanı yenidən işə salmağı planlaşdırdıqlarını açıqlayıblar.

Bizim.Media CNBC-yə istinadən xəbər verir ki, onlar bu barədə "MySpace"in tarixindən bəhs edən eyniadlı sənədli filmdə danışıblar.

"Biz hələ də "MySpace"in sahibiyik. Brendi qoruyub saxlayırıq və onu yenidən işə salmaq istəyirik. Sadəcə, uyğun vaxtı gözləyirik", - deyə onlar bildiriblər.

Qardaşların sözlərinə görə, platformanı yeniləmək üçün əvvəlki cəhdlər uğursuz olub və ümumilikdə 150 milyon dollardan çox itki ilə nəticələnib.
 

Qeyd edək ki, "MySpace" 2003-cü ildə amerikalı texnologiya investorları Tom Anderson və Kris DeVulf tərəfindən yaradılıb. Sosial şəbəkə populyarlığının zirvəsində, 2008-ci ilin aprelində ayda 115 milyon istifadəçi tərəfindən ziyarət edilirdi. Lakin sonradan digər sosial şəbəkələrin rəqabəti qarşısında mövqeyini itirib. Vanderhuk qardaşları "MySpace"i 2011-ci ildə alıblar. Hazırda platformanın aylıq auditoriyası təxminən 6 milyon nəfərdir.


Nəşrin qeyd etdiyi kimi, yenilənmiş "MySpace" nostaljidən və ənənəvi sosial şəbəkələrə qarşı narazılıqdan yararlanmağa çalışa bilər.

"Forrester" şirkətinin analitiki Keyt Vinnik hesab edir ki, bu ideya alqoritmlərin insanların həyatına daha az müdaxilə etdiyi dövrə olan nostaljini əks etdirir. Bununla belə, ekspertlərin fikrincə, platformanın populyar sosial şəbəkələrlə rəqabət aparması və reklamverənləri cəlb etməsi çətin ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin