Çimməyən ərini məhkəməyə verdi – 400 min təzminat ALACAQ

Hazırda oxunan: Çimməyən ərini məhkəməyə verdi – 400 min təzminat ALACAQ

630242

Türkiyənin Bursa şəhərində həyat yoldaşının şəxsi gigiyena qaydalarına əməl etməməsi, çimməməsi və davamlı tər qoxması səbəbindən açılan boşanma iddiası Yargıtay (Ali Məhkəmə) tərəfindən yekunlaşdırılıb. Məhkəmə kişini "tam təqsirkar" hesab edərək qadının xeyrinə 360 min lirə tazminat kəsib.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, B.D. adlı qadın əri S.D.-nin xəbərdarlıqlara baxmayaraq duş almadığını, psixoloji və şifahi zorakılıq tətbiq etdiyini, ailəsinin evliliklərinə müdaxilə etməsinə şərait yaratdığını bildirərək boşanmaq üçün məhkəməyə müraciət edib.
 

Qadın uşağının qəyyumluğunu, aylıq 3 min lirə aliment və ümumilikdə 400 min lirə tazminat tələb edib.


Cavabdeh şəxs - S.D. iddiaların əsassız olduğunu bildirsə də, yerli məhkəmə kişini tam təqsirkar bilib, cütlüyün boşanmasına və ümumilikdə 40 min lirə tazminat ödənilməsinə qərar verib.

Tazminat məbləği az hesab olundu

Qadının tazminat məbləğinin az olması ilə bağlı etdiyi apellyasiya müraciəti rədd edildikdən sonra iş Ali Məhkəməyə daşınıb. Ali Məhkəmə kişini tam təqsirkar hesab edib və qadının xeyrinə 180 min lirə maddi, 180 min lirə mənəvi olmaqla ümumilikdə 360 min lirə (təxminən 18 min manat) təzminat ödənilməsinə hökm çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin