Netanyahunun Nyu-Yorka gəlişi KABUS adlandırıldı

Hazırda oxunan: Netanyahunun Nyu-Yorka gəlişi KABUS adlandırıldı

630046

İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorka planlaşdırılan səfəri şəhər və onun hüquq-mühafizə orqanları üçün ciddi problemlərə yol aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
 

Hüquq-mühafizə orqanları ehtiyat edirlər ki, Nyu-York merinin müşaviri və yerli siyasətçi Zohran Mamdaninin Netanyahunun ünvanına kəskin tənqidləri kütləvi etirazlara səbəb ola bilər. Bu isə həm İsrail nümayəndə heyəti, həm də yerli sakinlər və polislər üçün təhlükə yaradacaq.


Qeyd edək ki, Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı sentyabrın 26-na planlaşdırılıb.

Onun səfər proqramı hələ tam təsdiqlənmədiyi üçün təhlükəsizliyinin təmin edilməsinə nə qədər polisin cəlb olunacağı qeyri-müəyyən olaraq qalıb.

"New York Post"un məlumatına görə, təkcə Baş nazirin birbaşa mühafizəsi üçün 60 və ya daha çox hüquq-mühafizə əməkdaşı tələb oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin