Vens Vaşinqtonun Tehrandan əsas tələbini açıqladı: “ABŞ-nin razı qalması mütləqdir"

Hazırda oxunan: Vens Vaşinqtonun Tehrandan əsas tələbini açıqladı: “ABŞ-nin razı qalması mütləqdir"

630044

ABŞ son bir neçə gündə İranla aparılan danışıqlarda “müəyyən irəliləyişlərə” nail olub.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bəyan edib.

Siyasətçi iddia edir ki, İslam Respublikası qarşıdurmaya son qoymağa çalışır.

"Sual ondadır ki, onların (İranın) sistemi bizim razı qalmağımız və bu qarşılıqlı əlaqədən ehtiyac duyduğumuz hər şeyi aldığımızı hesab etməyimiz üçün zəruri olanı təmin edə biləcəkmi? Bunu zaman göstərəcək", - Vens qeyd edib.
 

O əlavə edib ki, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir və ABŞ hazırda Hörmüz boğazı vasitəsilə nəql olunan neft və qazın həcminin artırılmasına diqqət yetirir.


Vitse-prezidentin sözlərinə görə, bu həftə İran və Oman boğazda təhlükəsiz gəmiçilik zəmanətlərini müzakirə ediblər. O bildirib ki, bunun üçün gəmilərin minalardan yan keçməsini təmin edəcək hərəkət sxeminin hazırlanması zəruridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin