SEPAH: "ABŞ şərtlərimizi qəbul etdikdə, Hörmüz boğazı açılacaq"

Hazırda oxunan: SEPAH: "ABŞ şərtlərimizi qəbul etdikdə, Hörmüz boğazı açılacaq"

630001

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi Hörmüz boğazının yenidən açılmasının ABŞ-nin İranın şərtlərini qəbul etməsindən və Vaşinqtonun regional danışıqlara müdaxiləsinə son qoymasından asılı olduğunu bildirib.

Bizim.Media bu barədə "Azad İran" teleqram kanalına istinadla məlumat verir.
 

Kanalın yazdığına görə, Mohebbi deyib ki, Hörmüz boğazının açılması “İslam Respublikasının müəyyən etdiyi mexanizm və şərtlərə” tabe olacaq və bunun İran-Oman danışıqları ilə heç bir əlaqəsi yoxdur.


SEPAH sözçüsü boğazın yalnız iqtisadi əhəmiyyət daşıyan su yolu olmadığını vurğulayaraq, onu İran üçün “coğrafi və strateji gücün bir hissəsi” adlandırıb.

“ABŞ İranın şərtlərini qəbul etdikdə, Hörmüz boğazı mütləq açılacaq”, - Mohebbi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin