İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır

Hazırda oxunan: İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır

629971

Amerikalı milyarder İlon Mask "SpaceX" şirkətinin təmin etdiyi "Starlink" peyk rabitəsi sistemindən Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə istifadə olunmasına icazə verilməsi ilə bağlı Ukraynanın xahişini qəbul etmir.

Bizim.Media xəbər verir ki, bu barədə "The Atlantic" nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov vəzifəsindən ayrıldıqdan sonra da Maskın razılığını almaq üçün "kulisarxası yollarla" cəhdlərini davam etdirir.

Mənbə əlavə edib ki, Mask Rusiya-Ukrayna münaqişəsinin eskalasiyası riski ilə bağlı Fyodorovla mübahisə etməyə davam edir.

"Hazırda müsbət qərar yoxdur", - deyə Fyodorova yaxın mənbələrdən biri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin