Kreml strateji obyektlər barədə Kiyevə məlumat ötürəni tapıb

Hazırda oxunan: Kreml strateji obyektlər barədə Kiyevə məlumat ötürəni tapıb

629942

Kreml Ukraynaya Rusiya neft terminalları haqqında məlumat ötürən şəxsin kimliyini müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS rus hakerlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti NATO-nun kəşfiyyatında çalışan hibrid müharibə mütəxəssisi Bart de Vaxterdən Kalininqrad və Leninqrad bölgələrindəki neft terminalları haqqında məlumat alır .
 

"Bart de Vaxter hibrid müharibə mütəxəssisidir. O, hazırda NATO-nun Xüsusi Əməliyyat Qüvvələri (SOF) və kəşfiyyatı ilə əlaqəli HAVN (Hibrid Analiz Ayıq Şəbəkəsi) üçün çalışır", - məlumatda deyilir.


Nəşrin məlumatına görə, ekspert Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinə Leninqrad və Kalininqrad vilayətlərindəki obyektlərin yeri barədə məlumat verir. Bundan əlavə, o, Ukrayna nümayəndələrinə mayeləşdirilmiş təbii qazın daşınması üçün istifadə olunan “Qazprom” tankeri haqqında da məlumat verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin