Mərakeş ordusu və polisi İspaniya sərhədinə YERİDİLDİ

Hazırda oxunan: Mərakeş ordusu və polisi İspaniya sərhədinə YERİDİLDİ

629903

Mərakeşin Aralıq dənizi sahilində, İspaniyanın muxtar Seuta şəhəri yaxınlığında yerləşən təhlükəsizlik qüvvələri və polis bölmələri gücləndirilmiş iş rejiminə keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Maghreb Times" xəbər resursu məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Seutadan təxminən 5 kilometr məsafədə yerləşən Fnidek şəhərində əlavə qüvvələrin cəlb edilməsi və müxtəlif xidmətlərin aktiv şəkildə yerləşdirilməsi ilə yüksək hazırlıq vəziyyəti elan olunub.

Bu tədbirlər sosial şəbəkələrdə avqustun 15-nə planlaşdırılan yeni kütləvi qanunsuz sərhədkeçmə aksiyasına hazırlıq barədə məlumatların yayılmasından sonra görülüb.

Təhlükəsizlik xidmətləri bəyan ediblər ki, polisə qanunsuz miqrasiyaya təhrik edən və ya insan alveri ilə məşğul olan cinayətkar qruplarla əlaqəsi aşkarlanan şəxslərin fəaliyyətinin qarşısını qətiyyətlə almaq tapşırılıb. 

Həmçinin sahil xətti boyunca və sərhədyanı bölgələrə aparan yollarda nəzarət gücləndirilib. 

Mərakeş rəsmilərinin sözlərinə görə, bu tədbirlər insan həyatının qorunmasına, ictimai asayişin təmin edilməsinə və gənclərin qanunsuz miqrasiya şəbəkələri tərəfindən istismar olunmasına qarşı mübarizəyə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin