Bu ölkə Qrenlandiyaya hərbçilərini GÖDƏRİR

Hazırda oxunan: Bu ölkə Qrenlandiyaya hərbçilərini GÖDƏRİR

629895

Belçika sentyabr ayında NATO-nun Arktika missiyası (Arctic Sentry) çərçivəsində keçiriləcək təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya təxminən 30 hərbi qulluqçu göndərməyi planlaşdırır. 

Bizim.Media “Belga” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Teo Franken bəyan edib. 

Nəşrin məlumatında bildirilir:

"Müdafiə naziri Teo Franken Belçika hərbçilərinin təlimlərdə iştirakı barədə İslandiyaya səfəri zamanı elan edib. Onun ofisi cümə günü bu məlumatı təsdiqləyib".

Təlimlərin sentyabrın 4-dən 18-dək keçirilməsi planlaşdırılır.

Belçika mediasının məlumatına görə, söhbət "Arctic Sentry" missiyasının "Arctic Shield" adlı yeni komponentindən gedir. Bu komponent Şimali Atlantika Alyansı qüvvələrinin Arktikada təhlükəsizliyin təmin edilməsi üzrə məşqini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin