Qalibaf: “ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir” – FOTO

Hazırda oxunan: Qalibaf: “ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir” – FOTO

629787

ABŞ danışıqlar bəhanəsi ilə İrana qarşı genişmiqyaslı hücum hazırlayır.

Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"Genişmiqyaslı hücum yaxınlaşır, gözləyin, eybi yoxdur, heç nə, onlar danışıqlar aparmaq istəyirlər. Bu, təkrar-təkrar oynanılan teatr diplomasiyasıdır. Qorxutmaq, pozulmuş vədlər və yalan xəbərlərdən təzyiq vasitəsi kimi istifadə etmək uğursuz strategiyadır. Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizim daha çox teatra ehtiyacımız yoxdur" - Qalibaf bildirib.
 
Xatırladaq ki, İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair sazişin imzalanması gözlənilir.
 

Tehrandan bildirilib ki, yeni tədbirlər planında ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidi qadağan olunacaq.


"Reuters"də yayılan məqalədə isə bildirilib ki, İran və Oman tərəfindən təklif edilən və Hörmüz boğazında gəmiçiliyə Tehranın nəzarətinin gücləndirilməsini nəzərdə tutan plan ABŞ sanksiyaları və sığorta sahəsindəki məhdudiyyətlər səbəbindən praktiki olaraq icraedilməzdir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin