Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Hazırda oxunan: Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

629786

Ən böyük kriptovalyuta ehtiyat şirkəti olan “Strategy”ın təsisçisi Maykl Seylor “Bitcoin” almaqla 15 milyard dollar qazanmaq üçün süni intellektdən istifadə etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o bu barədə “The Diary Of A CEO” podkastında danışıb.
 
Seylorun sözlərinə görə, süni intellekt STRK ("Strike") adlı müddətsiz imtiyazlı səhmlərin hazırlanmasında mühüm rol oynayıb.

Səhm və istiqrazın xüsusiyyətlərini birləşdirən bu hibrid maliyyə alətinin yerləşdirilməsindən əldə olunan vəsait sonradan "Bitcoin" alışına yönəldilib. Daha sonra şirkət bu istiqamətdə fəaliyyətini genişləndirərək diqqəti STRC ("Stretch") adlı imtiyazlı səhmlərə yönəldib.
 

Maykl Seylor qeyd edib ki, məqsəd analoqu olmayan yeni maliyyə aləti yaratmaq idi və bu prosesdə süni intellekt mühüm dəstək göstərib.


Hazırda isə "Strategy" yeni imtiyazlı səhmlər buraxa bilmir. Buna səbəb həmin səhmlərin bazar qiymətinin nominal dəyər olan 100 dollardan aşağı düşməsidir.

Buna baxmayaraq, Seylor hesab edir ki, gələcəkdə uğur qazanmaq istəyən şirkətlər üçün süni intellektdən istifadə zərurətə çevriləcək.

İyulun 31-nə olan məlumata görə, "Strategy" şirkətinin ehtiyatında 842 138 "Bitcoin" var. Şirkət 2020-ci ildən bəri "Bitcoin" alışına ümumilikdə 63.51 milyard dollar xərcləyib. Bununla yanaşı, "Strategy" cari ilin ikinci rübünü 8.2 milyard dollar zərərlə başa vurub. Şirkət may ayının sonunda maliyyə sabitliyini qorumaq məqsədilə uzun illərdən sonra ilk dəfə "Bitcoin" ehtiyatının bir hissəsini satmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin