Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

Hazırda oxunan: Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

626997

Türkiyənin tanınmış rok ifaçılarından Özləm Tekinin uzun illərdən sonra səhnəyə qayıtması üçün 94 milyon TL (təxminən 2 milyon ABŞ dolları) məbləğində təklif aldığı iddia edilir.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, sənətçi 2016-cı ildə İstanbulu tərk edərək Muğlanın kənd ərazisində fermer həyatı yaşamağa başlayıb və o vaxtdan bəri səhnələrdən uzaq qalır.

"Akşam" qəzetinin yazdığına görə, son vaxtlar Şebnem Ferahın yenidən konsert fəaliyyətinə başlamasından sonra musiqi təşkilatçıları Özləm Tekinin də səhnəyə qayıtması üçün təşəbbüs göstəriblər.

İddialara əsasən, prodüserlər sənətçiyə cəmi 10 konsert proqramı üçün 2 milyon ABŞ dolları, yəni təxminən 94 milyon TL məbləğində təklif irəli sürüblər.

Özləm Tekin son albomunu 2015-ci ildə təqdim edib. Daha sonra o, şəhər həyatından uzaqlaşaraq Muğlada kənd həyatını seçib.

Türkiyə mediasında daha əvvəl yayılan xəbərlərdə müğənninin müəyyən maliyyə çətinlikləri yaşadığı, Milasdakı evini bağladıqdan sonra anasının yaşadığı Bodruma köçdüyü də iddia olunurdu.

Hazırda sənətçinin rekord məbləğdə olduğu bildirilən təklifə hələlik müsbət və ya mənfi cavab vermədiyi, qərarını nəzərdən keçirdiyi bildirilir.

Müğənninin uzun fasilədən sonra yenidən səhnəyə çıxıb-çıxmayacağı musiqisevərlər tərəfindən maraqla gözlənilir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin