211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

Hazırda oxunan: 211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

626992

Bakıda 211 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan aydın olur ki, qadın övladı və onun kiçik skuteri ilə avtobusa daxil olur. Bu zaman sürücü avtobusa skuter və velosipedlə girməyin qadağan olduğunu bildirib.

Nəticədə tərəflər arasında gərginlik yaşanıb. Ana övladının autizm xəstəsi olduğunu vurğulayaraq, piyada gəzməyin çətinliyini dilə gətirib.

Buna baxmayaraq sürücü qadını və övladını avtobusdan düşürüb.

Həmin kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin